RU

Yağışlı hava neçə gün davam edəcək?

Yağışlı hava neçə gün davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin bu gün saat 17:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.

28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

***

Martın 27-si saat 14:00-a olan faktiki hava açıqlanıb.

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir.

Избранный
5
27
afn.az

10Источники