RU

​Bələdiyyə sədri Ərdoğanın partiyasından istefa verdi

Türkiyənin Sakarya vilayətində yerləşən Adapazarı rayonunun bələdiyyə sədri Mutlu İşıksu prezident Rəcəb Tayyip Ərdoğanın lideri olduğu AKP-dən istefa verib. Metbuat.az xəbər verir ki, bələdiyyə sədri öz xanım əməkdaşı ilə gizli eşq yaşadığına dair iddiaların ortaya çıxmasından sonra istefa verdiyini açıqlayıb. "Könüldən bağlı olduğum partiyamın mənim üzümdən zərər görməsini istəmirəm", - bələdiyyə sədri belə deyib.

Mutlu İşıksu ona böhtan atıldığını iddia edib. Sədr məhkəməyə müraciət edəcəyini bildirib: "Çirkin bir iftira ilə üz-üzə qalmışam. Bələdiyyənin heç bir xanım əməkdaşı ilə nikahdankənar münasibətim olmayıb. Məni ləkələmək üçün bu yola əl atırlar. Türkiyə bir hüquq dövlətidir. Məni şantaj edən bu adamların cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyəm".

Избранный
65
50
metbuat.az

10Источники