BAKI, 29 mart. TELEQRAF
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC arenasında növbəti döyüşünü keçirib.
Teleqraf xəbər verir ki, ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə 36 yaşlı idmançı çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanıb.
3 raund davam edən mübarizədə statistik göstəricilərə görə, Musayev rəqibinə 145 zərbədən 82-ni dəqiq çatdırıb. Hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.
Qeyd edək ki, İqnasio Bahamondes də sonuncu dəfə ötən yay Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.