Mingəçevirdə idarəetmədən çıxan avtomobil kanala düşüb, sürücü xəsarət alıb.
Moderator.az-ın məlumatına görə, hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində baş verib. “Renault” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.
Qəza nəticəsində 33 yaşlı sürücü Babək Mehdiyev yaralanıb.
Faktla bağlı araşdırma aparılır.