Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Şurasının rəhbəri David Qabaidze martın 30-da vəzifəsindən istefa verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə D.Qabaidze özü bu gün keçirdiyi brifinqdə açıqlama verib. İstefanın dəqiq səbəbləri barədə məlumat verilməyib.
Məlumata görə, Ali Şuranın yeni rəhbəri hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının üzvü Tsotne Ananidze olacaq.
Qeyd edək ki, David Qabaidze bu vəzifəni 2016-cı ildən tuturdu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.