Bakı. Trend:
Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimiyaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb. Busəbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlardaintensiv hərəkət müşahidə olunur.
Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumatverilib.
"Sürücülərdən xahiş edirik ki, bunu nəzərə alsınlar, yoldatələskənliyə yol verməsinlər, ötmə və manevr qaydalarına xüsusidiqqət etsinlər, nəqliyyat vasitələri ilə ara məsafəsiniqorusunlar. Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolukeçərkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayətetsinlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər biryol hərəkəti iştirakçısının qaydalara riayəti ümumi təhlükəsizliyəxidmət edir. Hər kəsin məsuliyyətli davranışı yolumuzuntəhlükəsizliyinin təminatıdır", - məlumatda qeyd olunub.