RU

31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir - Vüqar Rəhimzadə

Bakı. Trend:

1998-ci ildən başlayaraq hər il 31 Mart AzərbaycanlılarınSoyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycanxalqına qarşı törədilmiş bütün soyqırımı cinayətləri qurbanlarınınxatirəsini anmaq məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər HeydərƏliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. BuFərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi.Ulu Öndər Heydər Əliyev sənədin icrasının ardıcıl və mütəşəkkilşəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu ildə TədbirlərPlanını təsdiq etdi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altındafəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindənxüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın öz amansızlığına vəmiqyasına görə təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ənqanlı faciələrindəndir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərindəBakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz,Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə BakıSovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindənçox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğmatorpaqlarından didərgin salmışlar. 1918-ci ilin mart hadisələritarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimitanınmamalıdır. Bu qanlı olaylar həm də Azərbaycanın yaşayışməntəqələrinin vandallara xas olan üsullarla dağıdılması, maddimədəniyyət abidələrinin, məscid və qəbiristanlıqların yerlə-yeksanedilməsi kimi antibəşəri cinayətlər olaraq tarixin yaddaşına həkkedilməlidir. Sonrakı dövrlərdə daha da azğınlaşan ermənimillətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ,Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləviqətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixi Azərbaycantorpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindənbaşlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətinzorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhaliniqorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ciillərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüzminlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəliyurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlısəhifələrindəndir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, tarixin səhifələrivərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdənməqamları üzə çıxır. Aparılan araşdırmalar nəticəsindətəkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylıdəlil-sübutlar aşkarlanır. Şamaxıda baş vermiş hadisələr iləəlaqədar ilkin mənbələrin böyük hissəsi Sovet dövründə cinayətiört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinintam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinəəsasən, Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənintədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladəİstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120kəndin 86-nın erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerlitədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiqaraşdırmalar aparılıb. Yüz nəfərə yaxın şahiddən toplanan xatirə vəməlumatlar əsasında müəyyən edilib ki, erməni cinayətkarları Şamaxışəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 minnəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayıisə 18 min nəfərdən çox olub. Eyni zamanda, onu da qeyd edək ki,Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıqolduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb.

Vüqar Rəhimzadə vurğulayıb ki, tarix faktlara əsaslanır,saxtakarlığı sevmir. Azərbaycanın real həqiqətlərə, tarixi faktlaraəsaslanan təbliğatı erməni yalanlarının ifşasında əhəmiyyətli roloynayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qarşıya qoyulanəsas hədəflərdən biri təbii ki, həqiqətlərimizin dünyaictimaiyyətinə çatdırılması, tarximizin saxtalaşdırılmasına yolverilməməsi oldu. Ulu Öndərin müstəqil Azərbaycan Respublikasınarəhbərlik etməyə başlayarkən ilk görüşünün məhz ziyalılarla olmasıda özündə mühüm çağırışları ehtiva etdi. Ulu Öndər Heydər Əliyevinhakimiyyəti illərində tariximizin hər bir səhifəsinin öyrənilməsi,indiki və gələcək nəsillərə çatdırılması əsas prioritetlərsırasında oldu.

Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, müstəqilliyimizinbərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin idarəçilikqabiliyyətinin olmaması, öz şəxsi ambisiyalarını dövlətmaraqlarından ustün tutmaları ucbatından beynəlxalq arenadaAzərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutubyeriməsinə yol açmışdı. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cüildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanındiplomatik mübarizədə qələbəsini təmin etdi, ölkəmizin ətrafındayaradılan informasiya blokadası yarıldı, ermənilərin zaman-zamanazərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımlar,deportasiyalar dünya ictimaiyyətinə çatdırıldı. Xalqımızın tarixikeçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarınındəstəyi ilə iki yüz il ərzində həyata keçirdikləri soyqırımısiyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Martsoyqırımı və digər erməni vəhşilikləri haqqında həqiqətlərindünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımlarıatmağa başladı. Qeyd etdiyimiz kimi, Ümummilli Lider HeydərƏliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martAzərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, UluÖndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cüillərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etniktorpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı daErmənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasınınhərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymətverilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımındanmühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlısəhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması ilə deyil,erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından daəhəmiyyətlidir.

Millət vəkili bildirib ki, son 22 ildən artıq dövrdə Ulu ÖndərHeydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davametdirən Prezident İlham Əliyev azərbaycanlılara qarşı törədilənqanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinədaha geniş və dolğun şəkildə çatdırılması məqsədilə 2018-ci ildə,Mart soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı. Buməqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirildi. Bumühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2007-ci ilin aprelindəQuba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işlərinəticəsində burada kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılaninsanların cəsədləri üzərində tibbi ekspertiza, antropolojiaraşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı.Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi.Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiklərisoyqırımının qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərindünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcəknəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarınınxatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ninyaradılmasına dair Sərəncam imzaladı. Memorial kompleks2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşaedildi və 2013-cü ildə açılışı oldu. Prezident İlham ƏliyevSoyqırımı memorial kompleksinin açılış mərasimində bir daha buhəqiqətləri diqqətə çatdırdı ki, 1918-ci ilin mart-iyul aylarındaerməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütünərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ayərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanıolmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda,Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycantorpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı,Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminintörətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə ermənifaşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildətədqiq edilməlidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, ermənilərin tarix boyu xalqımızaqarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ildə 44 günlükVətən müharibəsində, həmçinin 2023-cü ilin sentyabrında həyatakeçirilən bir günlük antiterror tədbirlərində qətiyyətlə verildi.Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını rəşadətliAzərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə döyüş meydanında aldı. 30 illik işğala son qoyuldu,ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, ədalət Zəfərçaldı. Hazırda suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəmqoyan Azərbaycan dövləti informasiya cəbhəsində üstünlüyümüzüqorumaq üçün qətiyyət nümayiş etdirir, səylərini artırır. Prezidentİlham Əliyevin bəyan etdiyi kimi, işğala, etnik təmizləməyə vəsoyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü vələyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zamanməğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalqictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.

Məqalədə:
Избранный
9
10
az.trend.az

10Источники