Bakı. Trend:
2025-ci ildə İsveçrənin Azərbaycana birbaşa investisiyalarınınhəcmi 326,378 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bugöstərici 2024-cü illə müqayisədə 261,982 milyon dollar və ya 5,1dəfə artıb.
Məlumata əsasən, hesabat ilində İsveçrədən Azərbaycanayönəldilən investisiyaların ümumi birbaşa xarici investisiyalariçində payı 4,9% təşkil edib.
2024-cü ildə İsveçrənin Azərbaycana yatırdığı birbaşainvestisiyaların ümumi həcmi 64,396 milyon dollar olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulanbirbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarınıötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyondollar və ya 6,4% azdır.
Eyni zamanda hesabat dövründə Azərbaycandan xarici ölkəiqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 2,528milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə765,4 milyon dollar və ya 43,4% çoxdur.