RU

İsveçrədən ölkəmizə investisiya qoyuluşu artıb

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

2025-ci ildə İsveçrənin Azərbaycana birbaşa investisiyalarının həcmi 326,378 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 261,982 milyon dollar və ya 5,1 dəfə artıb.

Məlumata əsasən, hesabat ilində İsveçrədən Azərbaycana yönəldilən investisiyaların ümumi birbaşa xarici investisiyalar içində payı 4,9% təşkil edib.

2024-cü ildə İsveçrənin Azərbaycana yatırdığı birbaşa investisiyaların ümumi həcmi 64,396 milyon dollar olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.

Eyni zamanda hesabat dövründə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar və ya 43,4% çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
8
bakivaxti.az

10Источники