RU

Azərbaycan millisi Bolqarıstana qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, 6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan  Azərbaycan millisi 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.

31 mart

Avro-2027
Seçmə mərhələ

20:00.Bolqarıstan U-21 – Azərbaycan U-21
Baş hakim
: Denis Şurman (Ukrayna)

Xristo Botev satdionu

Избранный
3
5
idmanxeber.az

10Источники