21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan Rəşad Eyyubovun komandası səfərdə Bolqarıstanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.
6 turdan sonra 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan yığmamız 5 xalla qrupda 5-ci pillədə qərarlaşıb. 10 xalı olan Bolqarıstan isə 4-cü yerdədir.
AÇ-2027, seçmə mərhələ
Bolqarıstan U-21 - Azərbaycan U-21
Baş hakim: Denis Şurman (Ukrayna)
31 mart. "Xristo Botev" satdionu. Saat 20.00.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта