RU

Rasim Balayevin yerinə təyinat nə vaxt olacaq? - AKİ aydınlıq gətirdi

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədrin seçilməsi Xalq artisti Rasim Balayevin 40 mərasimindən sonra baş tutacaq.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, o vaxta kimi təşkilatı məsələlərlə bağlı heç bir addım atılmayacaq:

“Nizamnaməyə əsasən, AKİ-də operativ məsələləri katibli həll edir. Qırx mərasimindən sonra təşkilatı addımlar atılacaq və nizamnaməyə görə sədri ümumi qurultayda seçiləcək”, - AKİ-dən bildirilib.

Xatırladaq ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi.


Telegram kanalımız
Избранный
14
11
yenisabah.az

10Источники