RU

İran deyir biz etmirik, NATO faktlar göstərir Türkiyəli politoloqdan AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrandan Türkiyə istiqamətində yenə raket atılıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, İrandan atılan və Türkiyə hava məkanına daxil olduğu müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Açıqlamada deyilir ki, Türkiyənin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən lazımi tədbirlər görülür və regiondakı bütün hadisələr diqqətlə izlənilir. Qeyd edək ki, bundan əvvəl İranda Türkiyə istiqamətində 3 ballistik raket atılmışdı.Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Demokrat.az-a açıqlamasında deyib ki, İran tərəfindən Türkiyə hava sahəsinə yönələn raketlər və 2026-cı ilin mart ayında baş verən dörd fərqli raket qarşısının alınması hadisəsi bölgədəki mürəkkəb hərbi-siyasi vəziyyətin nəticəsidir:“Bu addımların birbaşa Ankaraya qarşı düşmənçilikmi, yoxsa strateji mesaj məqsədli addım olduğunu bir neçə əsas faktora görə izah etmək olar. İranın əsas hədəfi birbaşa Türkiyə dövləti deyil, Türkiyə ərazisindəki NATO və ABŞ hərbi mövqeləridir. İran öz ərazilərinə mümkün hücumlara cavab olaraq bölgədəki bütün ABŞ bazalarını potensial hədəf kimi elan edib. Türkiyəyə yönələn raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi, bu raketlərin əsasən ittifaq infrastrukturlarına mesaj məqsədli olduğunu göstərir. Raketlərin Türkiyə hava sahəsinə girməsi, Tehranın “heç bir region ölkəsi ABŞ-yə dəstək verərsə təhlükəsiz deyil” doktrinasının bir hissəsi kimi qiymətləndirilir. Türkiyənin həm NATO üzvü olması, həm də İranla diplomatik kanalları açıq saxlaması Tehranda “ikili narahatlıq” yaradır. İran bu raketlərlə Türkiyəyə Qərbin hərbi əməliyyatlarında logistik və ya baza rolu oynamaması mesajını verir. Milli Müdafiə Nazirliyinin raketlərin İrandan atıldığına dair sübutlar olduğunu bildirməsi və Xarici İşlər naziri Hakan Fidanın İranlı həmkarı ilə keçirdiyi sərt görüşlər, mesajın Ankarada ciddi təhdid kimi qəbul edildiyini göstərir”. O qeyd edib ki, İranın Müctəba Xamenei dövrünə keçidi və daxili gərginliklər hərbi komanda zəncirində koordinasiya problemlərinə yol aça bilər:“Tehran bəzi raketlərin Türkiyə-İran münasibətlərini pozmaq məqsədilə İsrail tərəfindən atıldığını iddia etsə də, NATO-nun izləmə məlumatları raketlərin İran ərazisindən çıxmasını təsdiqləyir. İranın bu addımı hibrid strategiya xarakteri daşıyır. Hərbi səviyyədə NATO-nun raket müdafiə sistemini sınamaq və bölgədəki Qərb qüvvələrinə hədəf olduqlarını xatırlatmaq məqsədi daşıyır. Siyasi səviyyədə Türkiyəni regional münaqişələrdə tam tərəfsiz qalmağa və ya Qərbin sanksiya və hərbi təzyiqlərinə qoşulmamağa məcbur etmək məqsədi güdür. Ankara isə bu təhdidləri həm hərbi, həm də diplomatik yollarla balanslaşdırmağa çalışır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
50
demokrat.az

10Источники