RU

Kreml Zelenskidən tələb etdi: Bunu elə bu gün et

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (UQQ) Donbasdan çıxarılması ilə bağlı qərar qəbul etməlidir.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, "Zelenski bu gün Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Donetsk vilaytəinin inzibati sərhədindən kənara çıxması barədə qərar qəbul etməlidir. Bu, dəfələrlə bildirilib".

Peskov qeyd edib ki, Moskva Zelenskini məsuliyyəti öz üzərinə götürməyə və müvafiq qərar verməyə çağırır. O əlavə edib ki, bu, çoxsaylı insanların həyatını xilas edə və münaqişənin qaynar mərhələsinə son qoymağa kömək edə bilər.

Избранный
19
12
publika.az

10Источники