RU

İrandan buraxılan 35 dron BƏƏ də VURULUB

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Birləşmiş Ərəb Əmirlikləri raket və dronlardan gələn təhdidlərə qarşı mübarizə aparır.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəyanatda deyilir: “BƏƏ-nin hava hücumundan müdafiə sistemi İrandan gələn raket və dron hücumlarına qarşı mübarizə aparır. Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin hava hücumundan müdafiə sistemlərinin ballistik və qanadlı raketlər, eləcə də dronlara qarşı fəaliyyət göstərməsi ilə bağlı olduğunu təsdiqləyir”.

Məlumata görə, BƏƏ Müdafiə Nazirliyi aprelin 1-də İrandan atılan beş ballistik raket və 35 dronun zərərsizləşdirildiyini bildirib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp aprelin 1-də çıxışı zamanı BƏƏ-yə və digər Körfəz müttəfiqlərinə təşəkkür edib.

“Onlar əladırlar, biz onların heç bir sahədə əziyyət çəkməsinə və ya uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”, – deyə o bildirib.

Tramp əlavə edib ki, İran “münaqişə ilə heç bir əlaqəsi olmayan” neft tankerlərinə və qonşu ölkələrə hücumlar həyata keçirir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
35
redaktor.az

10Источники