RU

Paşinyan və Putinin görüşünün nəticələri yaxın aylarda hiss olunacaq - Elməddin Behbud

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və burada Prezident Vladimir Putinlə baş tutan görüşü diqqət çəkib. Görüşdə ikitərəfli münasibətlərin gündəliyində yer alan məsələlər müzakirə edilib. Tərəflər, həmçinin regional vəziyyət və əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

QHT.az xəbər verir ki, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bu gün baş tutan görüşü şərh edib. O bildirib ki, danışıqların nəticələri yaxın aylarda regionun siyasi gündəmində ciddi şəkildə hiss olunacaq.

E.Behbudun sözlərinə görə, tərəflər arasında kifayət qədər ağır keçən və qarşılıqlı narazılıq notları ilə müşayiət olunan görüşün nəticəsi yaz və yay aylarında siyasi temperaturun daha da yüksəlməsi ilə özünü göstərəcək. O qeyd edib ki, müzakirədən daha çox polemikanı xatırladan görüşdə bir sıra mühüm məsələlər ətrafında fikir ayrılıqları açıq şəkildə üzə çıxıb.

“Elməddin Behbud bildirib ki, görüş zamanı Ermənistanın KTMT-də fəaliyyətinin dayandırılması, keçmiş Qarabağ münaqişəsi ilə bağlı spekulyasiyaların yolverilməzliyi, eləcə də Avropa Birliyi ilə münasibətlərin inkişaf səviyyəsi ilə bağlı fərqli mövqelər səsləndirilib".

Siyasi analitikin fikrincə, hər iki dövlət rəhbəri arasında qarşılıqlı antipatiya açıq şəkildə hiss olunub. O, görüşün kulminasiya nöqtəsi kimi Vladimir Putinin Paşinyana Rusiyayönümlü erməni seçici kütləsi və siyasi partiyalar vasitəsilə təzyiq mesajı verməsini və buna verilən cavabı xüsusi vurğulayıb.

Sədr vurğulayıb ki, “görüşün kulminasiyası Putinin Paşinyanı rusiyayönümlü erməni seçici kütləsi və siyasi partiyalar vasitəsi ilə hədələməsi və aldığı cavab oldu".

E.Behbud əlavə edib ki, Nikol Paşinyan buna açıq və çəkinmədən cavab verərək Ermənistan qanunvericiliyinə istinad edib. Onun sözlərinə görə, “Ermənistan Konstitusiyasına əsasən yalnız bu dövlətin pasportunu daşıyan şəxslər deputatlığa və baş nazirliyə namizəd kimi seçkilərdə iştirak edə bilərlər".

Elməddin Behbud hesab edir ki, bu bəyanatlar regionda geosiyasi münasibətlərin yaxın dövrdə daha da gərginləşəcəyindən xəbər verir.

Fatimə Nəbiyeva

Избранный
61
49
qht.az

10Источники