RU

Putin bu sözlərlə Paşinyan haqda hökm verdi – Oskanyan detalları açdı

Putinin ön sözü mahiyyət etibarilə Paşinyan haqqında bir hökm idi.

Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.

"Nikol Paşinyan və Vladimir Putin arasında dünən Moskvada keçirilən görüş məzmunca adi rəsmi görüş deyildi. Putin diqqətlə hazırlanmış ictimai çıxışında həm diplomatik, həm də siyasi cəhətdən zərərli bir mesaj çatdırdı.

Ermənistanın iqtisadi əlaqələrinə, təhlükəsizlik məsələlərinə toxunaraq, Dağlıq Qarabağdan, Paşinyanın Avropa İttifaqı ilə münasibətlərə dair qeyri-real gözləntilərindən bəhs edərək və hətta qarşıdan gələn seçkilərə işarə edərək, o, nəinki ikitərəfli münasibətləri və regional problemləri ümumiləşdirdi, həm də Ermənistanın nələrə sahib olduğu, nələri itirdiyi və nələri itirə biləcəyi arasındakı fərqi aydın şəkildə göstərdi.

Избранный
56
49
publika.az

10Источники