RU

Həyat yoldaşı Polad Həşimovun həmin fotosunu paylaşdı -

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

Qeyd edək ki, Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub. Bu döyüşlərdə fərqləndiyinə görə Prezident İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.

Xatırladaq ki, 2019-cu ildə general-mayor rütbəsinə yüksələn P.Həşimova 2020-ci il dekabrın 9-da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Telegram kanalımız
Избранный
15
5
yenisabah.az

6Источники