RU

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyi Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunmasına münasibətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən "Report.az” sorğusuna cavab olaraq bildirilib ki, ötən il dövlət büdcəsindən universitetə ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən təhsil xərcləri üzrə 3 milyon 596,6 min manat, təqaüd xərcləri üzrə isə 1 milyon 480,0 min manat ayrılıb.
 

MÖVZU İLƏ BAĞLI: 
Tələbələrdən pul tələb edən Qərbi Kaspi Universitetinin açıqlamasına RƏSMİ REAKSİYA



Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1 539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.

Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 % artımla nəzərdə tutulub.

Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi planlaşdırılıb.

Xatırladaq ki, ötən gün Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan bir qrup tələbədən 350–370 manat məbləğində ödəniş tələb olunduğu iddia edilirdi.

Universitetin açıqlamasına görə tələbələrdən ödəniş tələb edilməsinin səbəbi 2025-ci ilin başa çatması ilə əlaqədar təhsil üçün nəzərdə tutulan vəsaitin dövlət büdcəsinə geri qaytarılmasıdır.

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirilmişdi ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir.

Bizim.Media

Избранный
14
7
bizim.media

9Источники