RU

Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”

ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Cənab Prezident İlham Əliyevin dəstəyini hiss etdik".

Apasport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransı zamanı söyləyib.

O, milli komandamızın çıxışı barədə fikirlərini bildirib:

"Kişilərdən ibarət milli komandamız çətin sınaqdan keçdi. Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk. Ayxan Abbasova milli komandada işləmək təklifini qəbul etdiyi üçün təşəkkür edirəm. Millim oyun baxımından inkişaf edib. FİFA Seriesdə yığmamızın əzmkarlıq göstərməsi sonda yığmamızın kuboku qazanması ilə nəticələndi. İnanrııq ki, bundan sonra da tez-tez qələbə qazanarıq. Qadınlardan ibarət millimiz də uğurlu oldu. Misli Premyer Liqasında klub say 12-ə çatdı. Bu da rəqabətə gətirib çıxardı. “Qarabağ”ın ÇL-də qitənin nəhəng klublarına layiqli mübarizə apararaq Azərbaycan futbolunda növbəti dəfə tarix yazdı. Bizə bu hissləri yaşatdığına görə “Qarabağ”a, xüsusi ilə Qurban müəllimə təşəkkür edirəm. Kişilər arasında DÇ U-20-ə millimiz də ev sahibliyi edəcək. İlham Əliyevin də dediyi kimi: Bu Avropa və Asiyanı birləşdirən nailiyyətdir”.

AFFA-nın illik xərci bəlli oldu - 49 milyon manat

Çingiz Hüseynzadə: “Azərbaycan futbolu inkişaf edir”

“Qarabağ” “Sabah”la üz-üzə - YENİLƏNİR

Əvəzedicilər Liqasında fasilə yaranacaq

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə qarşı - YENİLƏNİR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
apasport.az

3Источники