RU

Valideynlərə xəbərdarlıq: uşaq travmaları niyə ağır sınıqlara çevrilir? (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediyaİnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rastgəlinən travmaları, əlamətləri və müalicə yollarını izah edib.

-Doktor, uşaq travmalarının ən çox görülən növlərihansılardır?

- Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağıngələcək inkişafına təsir edə bilər. Travmatoloq olaraq biz bu günfiziki travmalardan danışacağıq. Fiziki travmalar müxtəlifsəbəblərdən yaranır və ciddi fəsadların olmaması üçün vaxtındamüdaxilə lazımdır. Daha çox rast gəlinən səbəblər yıxılmalar,nəqliyyat və idman zədələridir. Uşaqlar kiçik yaşlardatarazlıqlarını qoruya bilmədiklərinə görə tez-tez yıxılaraq travmaalırlar və bu müxtəlif sınıqlara səbəb olur. Yuxarı və aşağı ətrafsınıqları ön sıralardadır. Yuxarı ətraf sınıqları çiyin, dirsək vəbilək nahiyəsinin travmaları zamanı yaranır və hər nahiyənin yaşauyğun olaraq fərqli müalicə üsulu var. Dirsək oynağı sınıqlarınınmüalicəsi daha çox diqqət tələb edir. Nəqliyyat travmaları yüksəkenerjili travmalara aiddir böyük sümüklərin ən çox da aşağı ətrafsınıqları ilə müşahidə olunur. İdman zədələri isə hər hansı birfiziki aktivlik zamanı yaranır. Məsələn, güləş zamanı körpücük,dirsək və bilək sınıqlarının rast gəlmə tezliyi digər sümüklərdənçoxdur.

- Uşaqlarda sınıqlar zamanı əlamətlərhansılardır?

- Uşaqlarda sınıq olan nahiyədə güclü və davamlı ağrı hissolunur. Tərpənən zaman ağrılar daha da güclənir. Zədə bölgəsindəödem yaranır və dəri qızara bilər. Bu, toxumaların zədələnməsi vəqan dövranının pozulması nəticəsində baş verir. Uşaq sınıq olannahiyəni hərəkət etdirməkdə çətinlik çəkir və ya tamamilə hərəkətetdirmək istəmir. Yerdəyişmiş sınıqlar zamanı ətrafdadeformasiyalar yaranır. Sınıq nəticəsində qan damarları zədələndiyiüçün göyərmələr əmələ gələ bilər. Bəzi hallarda sınıq bölgəsindəqeyri-normal hərəkətlilik və ya sümüklərin bir-birinə sürtünməsihiss oluna bilər ki, buna da krepitasiya deyilir.

- Uşaqlarda rast gəlinən sınıqlar və müalicə prinsiplərihaqqında nə deyə bilərsiniz?

- Uşaqlarda ən çox yuxarı və aşağı ətraflarda sınıq, çıxıqyaranır. İlk öncə bilək sınıqları haqqında məlumat verim. Biləksınıqları uşaqlarda əl üzərinə düşmə zamanı yaranır, daha çoxzədələnən mil və dirsək sümükləridir. Kiçik yaşlı uşaqlardasümüküstlüyü qalın olduğuna görə adətən bu sınıqlarsümüküstlüyüaltı (subperiostal) olur və az yerdəyişmə ilə müşahidəolunur. Nümunə olaraq, “yaşıl budaq” sınığını göstərmək olar.Yerdəyişmə varsa sınıq qapalı düzəliş edilərək gips sarğısı iləfiksasiya olunur. Said sümüklərinin müştərək sınıqları da müalicəsiuşağın yaşı az olduqda gips sarğısı ilə aparılır, amma daha böyükyaşlarda yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi müdaxilətələb edə bilər.

Dirsək oynağı 3 sümükdən (bazu, mil və dirsək) təşkil olunanmürəkkəb oynaqdır. Bu nahiyədə isə ən çox rast gəlinən bazusümüyünün aşağı 1/3-nin sınıqlarıdır, digər adı ilə suprakondilyar.Beynəlxalq klassifikasiyada bunların 4 tipi qeyd olunur. Birincitip yerdəyişməsizdir və 3 həftəlik gips sarğısı kifayətdir. İkincitip minimal yerdəyişmə ilə xarakterizə edilir, az hallardacərrahidir. Əgər yerdəyişmə qapalı üsulla düzəldilib stabil qalırsagipslə müalicə olunur, əks halda ümumi keyləşmə altında qapalıreduksiya millərlə fiksasiya edilir. Üçüncü və dördüncü tiplərdəisə müalicə cərrahidir və yenə də millərlə fiksasiya edilmiş ətraf3-4 həftə aralığında gips sarğısında saxlanılır. Ümumiyyətlə busınıqlar dirsəkdən ətrafı sınıqların təxminən 70 faizini təşkiledir və proqnozu əgər sınıq anatomik düzəliş edilibsəqənaətbəxşdir.
Bazu sümüyünün cisminin və yuxarı 1/3-nin sınıqları kiçik yaşlıuşaqlarda adətən dezo sarğısı və ya gips ilə aparılır. Buradayerdəyişmənin olması dirsəkdən fərqli olaraq az önəm kəsb edir,çünki yaşa bağlı olaraq sümüklərdə remodelizasiya qabiliyyətiçoxdur və gələcəkdə hər hansı problemin olma ehtimalı çox azdır.Böyük yaşlı uşaqlarda isə nadirən də olsa cərrahi müdaxilə tələbedə bilər.
Körpücük sınıqları çiyin üzərinə yıxılma sonrası yarana bilər,müalicəsi adətən dezo və səkkizvari sarğı fiksasiyası iləkonservativdir. Amma sınıq açıqdırsa, damar-sinir zədələnməsivarsa, yerdəyişmə çoxdursa cərrahi müdaxilə tələb edir.

- Hansı növ sınıqlara daha az rast gəlinir?

- Aşağı ətraf sınıqlarına yuxarı ətraf sınıqlarından daha azrast gəlinir. Topuq oynağı ətrafı sınıqlar adətən burxulma sonrasıyaranır və daha böyük yaşlı uşaqlarda görünür. Bu sınıqlar çox vaxtböyümə zonasının zədələnməsi ilə müşahidə edilir. Müalicəsi gipssarğısı və yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi də olabilər. Qamış sümüyünün cisminin sınıqları hər yaşda rastlanan birsınıqdır, yenə də kiçik yaşlarda bunlar subperisotaldır və gipssarğısı ilə sağalır. Böyük yaşlarda isə yerdəyişmənin xarakterindənasılı olaraq konservativ və ya cərrahi yolla müalicə edilir. Budsümüyü cisminin sınıqları kiçik yaşlı uşaqlarda yıxılma zamanıyaranır. Ətraf 6-8 həftə koksid gips sarğısında qalır. Bu sümüyündə remodelizasiya qabiliyyəti artıq olduğuna görə yerdəyişmə olsabelə bu yaşlarda nadirən cərrahi müdaxilə tələb edir. Böyükuşaqlarda isə bu sümüyün sınığına yüksək enerji səbəb olur vəmüalicə çox hallarda cərrahidir. Müxtəlif əməliyyat metodları var,məsələn son vaxtlar üstünlük verdiyimiz üsul daxili fiksasiya iləbirlikdə sümüyün qapalı və ya açıq reduksiyasıdır, bunun xaricifiksasiyadan üstünlüyü istifadə olunan implantın xarici mühitləəlaqəsini tamamilə kəsmək və gələcəkdə yarana biləcək infeksiyariskini minimala endirməkdir. Bud sümüyü boynunun sınıqları az rastgəlinir, bu travmanın yaranmasına adətən yüksək enerji səbəb olur,məsələn avtoqəzalar. Bu sınıqların müalicəsi əksər hallardacərrahidir, 24 saat ərzində sınığı anatomik reduksiya edərəkvintlərlə fiksasiya etmək lazımdır. Bud sümüyü başının qanlatəchizatı zəif olduğuna görə gecikmiş hallarda fəsadlara yol açabilər.

- Uşaqlarda travmaların uzunmüddətli təsirləri nə olabilər?

- Uşaqlarda sınıqların uzunmüddətli təsirləri travmanın növünə,yerinə, müalicə keyfiyyətinə və uşağın yaşına bağlı olaraq dəyişəbilər. Sümüklər uşaqlıq dövründə daha elastik və sağalmaqabiliyyəti yüksək olsa da, bəzi hallarda uzunmüddətli fəsadlaryarana bilər. Sınıq düzgün bitişmədikdə sümük əyrilikləri, ətrafdaqısalmalar ola bilər. Oynaq ətrafı sınıqlar gələcəkdə erkən artritvə hərəkət məhdudiyyəti yarada bilir. Böyümə zonasına təsir edənsınıqlar sümüyün qeyri-bərabər böyüməsinə və ya vaxtından əvvəlbağlanmasına səbəb ola bilər ki bu da gələcəkdə deformasiyalar vətravma almış ətrafın sağlama nisbətdə qısa olmasına gətiribçıxarar. Sınıq səbəbilə uzun müddət hərəkətsiz qalmaq əzələ gücününazalmasına təkan verir. Bəzi sınıqlar damar və sinirlərə təsiredərək həmin nahiyədə qan təchizatının azalmasına və hissiyyatitkisinə səbəb olur. Bunlarla yanaşı ağır sınıqlar uşaqlarda qorxuvə hərəkət etməkdən çəkinmə hissi yarada bilər. Fizikiməhdudiyyətlər və bərpa prosesi uşaqlarda sosial həyatdan uzaqlaşmavə özgüvən problemləri ilə nəticələnə bilər. Bəzi ağır sınıqlaruşaqların gələcəkdə idman və ya fiziki fəaliyyətlərdə iştirakınamane ola bilir. Bunların qarşısını almaq üçün düzgün ortopedikmüalicə və reabilitasiya, fizioterapiya, gücləndirici məşqlər,psixoloji dəstək və motivasiya vacibdir. Erkən diaqnoz və düzgünmüalicə ilə uşaqlarda sınıqların uzunmüddətli fəsadlarınınqarşısını almaq mümkündür.

Valideynlərə
Məqalədə:
Избранный
67
50
az.trend.az

10Источники