RU

Hindistan XİN-dən Azərbaycana təşəkkür

Yazını böyüt
Yazını kiçilt

Aprelin 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hafta.az yazır ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticari əlaqələr, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Hindistan tərəfdən isə Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corc rəhbərlik edib.

Избранный
24
21
hafta.az

10Источники