RU

Bankomatlar vasitəsilə aparılmış əməliyyatlarla bağlı göstəricilər açıqlandı

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda bankomatlar vasitəsilə nağdpul çıxarışlarının sayı 12,374 milyon əməliyyat, ümumi məbləği isə3,049 milyard manat təşkil edib.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankomatlardan nağd pulçıxarışlarının sayı 1,246 milyon əməliyyat və ya 9,1% azalıb,əməliyyatların həcmi isə 53 milyon manat və ya 1,8% artıb.

Ötən ilin fevral ayında Azərbaycanda bankomatlar vasitəsilə nağdpul çıxarışlarının sayı 13,620 milyon əməliyyat, ümumi məbləği isə2,996 milyard manat olub.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə banksistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödənişkartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici 10% artıb.

Məqalədə:
Избранный
26
26
az.trend.az

10Источники