RU

“Bir uşaq, bir dünya”da mina təhlükəsi müzakirə olundu

“İki Sahil TV”də yayımlanan “Bir uşaq, bir dünya” verilişinin növbəti buraxılışı 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ərəfəsində mina təhlükəsi mövzusuna həsr edilib.

 

Verilişin aparıcısı, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva mövzunun aktuallığını vurğulayaraq bildirib ki, mina təhlükəsi xüsusilə uşaqlar üçün ciddi risklər yaradır və bu istiqamətdə maarifləndirmə işləri böyük əhəmiyyət daşıyır.

 

QHT.az bildirir ki, erilişin əvvəlində mina təmizləmə fəaliyyəti zamanı baş verən bədbəxt hadisələr nəticəsində həlak olan və ya sonradan aldığı xəsarətlər səbəbindən həyatını itirən mina təmizləyənlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı imzalanan fərmana görə təşəkkür ifadə olunub.

 

Qonaq qismində çıxış edən Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə və zərərçəkənlərlə iş üzrə şöbə müdiri Ramil Əzizoğlu qeyd edib ki, müharibədən çıxmış ölkələr üçün qısa müddətdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi olduqca çətindir. Onun sözlərinə görə, Azərbaycan bu sahədə mühüm nailiyyətlər əldə edib və işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində ciddi uğurlar qazanılıb.

 

Crossmedia.az xarici mediaya istinadən bildirir ki, humanitar mina təmizləmə əməliyyatları beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və Azərbaycan bu sahədə öz təcrübəsini formalaşdıran ölkələr sırasındadır.

 

Ramil Əzizoğlu bildirib ki, humanitar mina təmizləmə fəaliyyəti əsasən mina təmizləmə əməliyyatları, maarifləndirmə işləri və zərərçəkənlərlə iş istiqamətlərini əhatə edir. O vurğulayıb ki, ANAMA tərəfindən əhali arasında mütəmadi maarifləndirici tədbirlər həyata keçirilir.

 

Verilişdə mina təhlükəsinin cəmiyyətə təsiri, xüsusilə uşaqların bu riskdən qorunması və maarifləndirmənin əhəmiyyəti geniş şəkildə müzakirə olunub.

Zəhra Ağayeva

Избранный
49
48
qht.az

10Источники