RU

ABL: Bu gün pley-in mərhələsində daha 2 oyun keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə "Gəncə" "Lənkəran"la qarşılaşacaq.

Oyun Gəncə Olimpiya İdman kompleksində, saat 14:00-da start götürəcək.

Günün son matçında NTD "Sumqayıt"la görüşəcək. Bu oyun Bakı İdman Sarayında saat 16:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda "Naxçıvan" "Sərhədçi"ni (98:87), "Şəki" "Quba"nı (101:89) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək

Избранный
9
45
fanat.az

10Источники