RU

Azərbaycandan İrana növbəti humanitar yardım yola salındı -PREZİDENTİN TAPŞIRIĞI İLƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, aprelin 4-də İran İslam Respublikasına növbəti humanitar yardım yola salınıb.

 

Senzor.az bildirir ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

 

İran İslam Respublikasına göndərilən humanitar yardımın ümumi həcmi 200 tondur. Onun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.

 

Humanitar yardım 10 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər. 

Избранный
18
50
senzor.az

10Источники