RU

Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan birinin - 2024-cü il təvəllüdlü azyaşlının ölüm faktı ilə bağlı məlumat yayıb.

Bu barədə News365.az-a bildirilib ki, aprelin 3-ü saat 15:00 radələrində Mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunan azyaşlı aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-ü saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Məlumatda qeyd edilib ki, azyaşlı aprelin 1-i saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən aprelin 2-si tarixində evə buraxılmışdı.

Mərkəzdən, həmçinin bildirilib ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

***

12:35

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.

News365.az xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.

Belə ki, çoxuşaqlı ailənin 6 üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.

Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri – 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Teleqraf


Избранный
17
8
news365.az

10Источники