RU

Zəhərlənən altı uşaqdan biri öldü

Zəhərlənən

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb.Bu barədə Ulusum.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.Bildirilib ki, beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.“Aprelin 3-ü saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 4 aprel tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, azyaşlı aprel ayının 1-i saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 2 aprel tarixində evə buraxılmışdı.Əlavə edək ki, digər beş nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir”.

Diqqət Çəkənlər

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Şübhəli bilinən 51 nəfər saxlanılıb

5 ölü, 50 yaralı var

Избранный
34
19
ulusum.az

10Источники