Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri bu gün səhər saatlarında ölüb. 1news.az-ın Trend-ə istinadən xəbərinı görə, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Bildirilir ki, dünən saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb. "Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı. Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir", məlumatda vurğulanıb.