RU

Tasnim: İran Hörmüz boğazından humanitar yardım daşıyan gəmilərə icazə verir

Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, İran zəruri təchizat və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından keçməsinə icazə verib.

Agentlik bildirib ki, "Zəruri mallar və humanitar yardım daşıyan gəmilərin Hörmüz boğazından İran limanlarına və ya Oman körfəzində yerləşən limanlara keçməsinə icazə verilir".

İran hakimiyyəti İsrail və ABŞ-ın hücumuna cavab olaraq Hörmüz boğazından keçidi məhdudlaşdırıb və bu, dünyanın neft və mayeləşdirilmiş təbii qaz təchizatının təxminən beşdə birini idarə edən bu marşrut üzrə gəmiçiliyin demək olar ki, tamamilə dayandırılmasına səbəb olub. "Əl-Cəzirə" 4 apreldə bildirib ki, Tehran dəniz dəhlizində gəmiçiliyi tənzimləmək üçün bütün dövlətləri "dost", "neytral" və "düşmən" ölkələrə bölən bir sistem hazırlayıb. Birinci kateqoriyadakı ölkələr boğazdan sərbəst şəkildə keçə biləcək, "neytral" ölkələr rüsum ödəyəcək və "düşmən" ölkələrin keçidi qadağan olunacaq.

S.ELAY

XQ

Избранный
16
8
xalqqazeti.az

10Источники