ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Trippyer "Nyukasl"dan ayrılır
"Nyukasl"ın müdafiəçisi Kiran Trippyer cari mövsümün sonunda komandadan ayrılacaq.
QOL.az xəbər verir ki, tanınmış insayder Fabrisio Romanonun məlumatına görə, 35 yaşlı futbolçu klubu azad agent statusu ilə tərk edəcək. Bildirilir ki, bununla bağlı artıq yekun qərar qəbul olunub.
Qeyd edək ki, Trippyer 2022-ci ildən etibarən "Nyukasl"da çıxış edir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb və aktivinə 4 məhsuldar ötürmə yazdırıb.
Qeyd edək ki, "Transfermarkt" portalının mütəxəssisləri tərəfindən futbolçunun transfer dəyəri 2.5 milyon avro olaraq qiymətləndirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.