RU

Qrız kəndində qarın hündürlüyü 34 sm-ə çatdı - FOTO

Şimal bölgəsində yağıntılı hava şəraiti davam edir. Artıq üçüncü gündür ki, bölgədə intensiv yağışlar qeydə alınır. Dağlıq ərazilərə isə qar yağıb. 

Bizim.Media xəbər verir ki, hazırda Qubanın Qrız kəndində qarın hündürlüyü 34, Xınalıqda isə 22 santimetrə çatır.

Bölgədə yağan güclü yağışlar Qusar, Quba və Xaçmaz rayonlarında ciddi fəsadlar törədib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
9
1
bizim.media

10Источники