RU

Son üç ayda 20 mindən çox uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 6 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində 20 min 32 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 9 min 265 nəfər qız, 10 min 767 nəfər oğlan uşağına görə aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
azertag.az

9Источники