RU

Keşlədə indiyədək 97 sakin xilas edilib

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsi ərazisində kollektorunda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov deyib.

FHN əməkdaşı qeyd edib ki, gecə saatlarında da FHN qüvvələri fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib.

"Bu saata olan məlumata əsasən 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda ərazidən suyun çəkilərək kənarlaşdırılması FHN qüvvələri tərəfindən davam etdirilir".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
4
news.milli.az

10Источники