RU

Mirziyoyevin qızı Trampın iqamətgahında qızı ilə

Özbəkistan Prezidentinin qızı Səidə Mirziyoyeva Florida ştatındakı Mar-a-Laqo iqamətgahına baş çəkib və ABŞ Prezidenti Donald Trampın Cənubi və Orta Asiya üzrə elçisi Serjio Qor ilə görüşüb. 

“Cebheinfo.az” xəbər verir ki, Mirziyoyeva bu barədə öz “Telegram” kanalında məlumat verib.

"ABŞ Prezidentinin Cənubi və Orta Asiya üzrə xüsusi elçisi səfir Serjio Qor ilə Mar-a-Laqoda görüşməkdən məmnun oldum", - deyə paylaşımda bildirilir.

O əlavə edib ki, Vaşinqtonda bir çox məhsuldar görüşlər keçirməyi səbirsizliklə gözləyir. Paylaşılan şəkildə Mirziyoyeva Trampın kiçik qızı Tiffaninin yanında dayanıb.

Избранный
16
2
cebheinfo.az

5Источники