RU

Ərdoğan: İstanbuldakı silahlı insidenti qətiyyətlə pisləyirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı silahlı insidenti pisləyib.

"Far.Az" xəbər verir ki, o, bu barədə Ankarada ROKETSAN istehsal obyektlərinin açılışı mərasimində deyib.

O qeyd edib ki, terrorun hər növü ilə Türkiyə mübarizəni qətiyyətlə davam etdirəcək:

"Təxribatlarla Türkiyənin təhlükəsizlik mühitinə zərər vurulmasına imkan verməyəcəyik".

Qeyd edək ki, İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında atışma baş verib, bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Həmçinin 2 polis əməkdaşı xəsarət alıb.

Избранный
6
6
far.az

10Источники