RU

Tramp: ABŞ İranla bağlı gərgin danışıqlar aparır və Pakistanın təklifini araşdırır

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

ABŞ hazırda İran ətrafındakı vəziyyəti həll etmək üçün intensiv danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, yaxın vaxtda Pakistanın təqdim etdiyi təkliflə bağlı tam brifinq keçiriləcək.

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif daha əvvəl Trampdan İranla razılaşmanın müddətini iki həftə uzatmasını istəmişdi. Həmçinin İran hakimiyyətindən “xoşməramlılıq jesti olaraq” Hörmüz boğazını həmin müddət ərzində açıq saxlamasını xahiş etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
50
azertag.az

10Источники