RU

Bakı metrosunda tikiləcək 9 stansiyanın layihələndirmə prosesi başa çatdırlıb

BAKI, 8 aprel. TELEQRAF

2030-cu ilin sonuna qədər Bakı metrosunda9 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalar ilə bağlı layihələndirmə prosesi artıq bitib.

Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında qeyd edib.

O bildirib ki, bu stasiyalarla bağlı 2026-cı ildə tender prosesi həyata keçiriləcək:

“Tender prosesi bitdikdən və qalib şirkət müəyyən olunduqdan sonra dərhal tikinti işlərinə başlanılacaq. Qeyd edilən 9 stansiyanın layihə işləri bitib.
Bu stansiyalar üçün 8 ədəd TBM adlandırılan tunel qazma maşını sifariş veriləcək. Metro şəbəkəsinin genişləndirməsi vacib şərtdir. Dayanmaq fikrimiz yoxdur. Daha sürətlə şəbəkənin genişləndirilməsi davam edəcək”.

Избранный
17
1
teleqraf.com

2Источники