RU

"Qala Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb

"Qala Həyat Sığorta" ASC 2025-ci ili 10,06 milyon manat xalis mənfəətlə başa vurub.

"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20,9 % çoxdur.

Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 29,138 milyon manat (əvvəlki ilə nisbətən 5,3 % çox), xərcləri 16,563 milyon manat (4,1 % az), mənfəət vergisi ödəmələri isə 2,515 milyon manat (21 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 55,968 milyon manat olub ki, bu da illik müqayisədə 26,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 30 % artaraq 24,199 milyon manata, balans kapitalı isə 23,9 % artaraq 31,769 milyon manata çatıb.

Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,042 milyon manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.

Избранный
25
1
far.az

2Источники