RU

Zelenski Ukraynada ABŞ nin hərbi bazalarını yerləşdirmək istəyir?

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kiyev təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazalarını yerləşdirmək istəyir.

Yeniavaz.com “Obşestvennoye” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Əgər Ukraynada Amerika hərbi bazası və ya Amerika-Avropa birgə hərbi bazası olsa, onda daha az risklə üzləşəcəyik”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanətlərinə həmçinin, kifayət miqdarda Qərb hava hücumundan müdafiə sistemləri və Ukrayna Silahlı Qüvvələri üçün maliyyələşdirmə daxil olmalıdır.

“Biz razılaşdıq ki, öz layihəmizi təqdim edək, tərəfdaşlarımız isə bu layihəyə cavab versinlər”, - deyə Zelenski əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
yeniavaz.com

5Источники