RU

Naxçıvanda QƏZA: Yaralılar var

Ajans.az xəbər verir ki, hadisə Babək rayonunun Araz kəndi yaxınlığında baş verib. 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Salmanov Nazim Yaqub oğlu, 1977-ci il təvəllüdlü Ələkbərova Aminə Həsənqulu qızı, 1963-cü il təvəllüdlü Muradov Hikmət Baxşəli oğlu və 1970-ci il təvəllüflü Fərzəliyeva Zülfünaz Vəli qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır. (unikal)

Избранный
18
11
Ajans.az

10Источники