RU

Saatlıda narkotik çəkən sürücülər saxlanıldı

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Saatlıda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər İ.Babayev, X.Yavərzadə və S.Yolçuzadə saxlanılıblar.

Lent.az xəbər verir ki, müayinə zamanı onların narkotik vasitə olan marixuana istifadə edərək nəqliyyat vasitəsi idarə etdikləri məlum olub. Sürücülər barəsində inzibati protokol tərtib edilib. 

Bundan əlavə, Saatlı rayonunda polisi əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobili spirtli içkinin təsiri altında idarə edən daha 7 sürücü də müəyyən edilərək inzibati məsuliyyətə cəlb ediliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
18
lent.az

10Источники