RU

Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür

Bu gün Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.

Aznews.az xəbər verir ki, 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin "Vostok-1" kosmik gəmisi ilə kosmosa uçan ilk insan olaraq tarixə düşüb.

Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib.

SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu gün - 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.

Избранный
22
8
aznews.az

10Источники