Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə "Qəbələ" rəqibindən üstün olub - 3:2.
Günün və turun son matçı Tovuzda olacaq. "Turan Tovuz" doğma meydanında "Sumqayıt"ı qəbul edəcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi. "Turan Tovuz" bundan əvvəlki hər iki dövrənin oyununda "Sumqayıt"a qalib gəlib - 3:0, 2:1.
12 aprel (bazar)
Misli Premyer Liqası
27-ci tur
15:30. “Qəbələ” - “İmişli” - 0:1
Qol: Dioqo Rollo, 45
Qəbələ şəhər stadionu
18:00. “Turan Tovuz” - “Sumqayıt”
Tovuz şəhər stadionu
10 aprel (cümə)
“Karvan-Yevlax” - “Kəpəz” - 4:1
11 aprel (şənbə)
“Neftçi” - “Araz-Naxçıvan” - 2:1
“Sabah” - “Zirə” - 2:2
“Şamaxı” - “Qarabağ” - 0:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol