RU

“Qalatasaray” öz meydanında iki xal itirdi

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir. Metbuat.az xəbər verir ki, günün ilk matçında "Göztəpə" öz meydanında "Kasımpaşa" ilə üz-üzə gəlib.
    6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.Günün son qarşılaşması isə İstanbulda baş tutub. Lider "Qalatasaray" öz meydanında "Kocaelispor"u sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçda ev sahibləri kritik xal itkisi ilə üzləşib. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

    Qeyd edək ki, turnir cədvəlinə 68 xalla "Qalatasaray" başçılıq edir. Ondan 2 xal az toplayan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.

    Избранный
    4
    5
    metbuat.az

    8Источники