RU

Azərbaycanın parakamandan oxatma yığması Zaqatalada hazırlığa başlayıb

Azərbaycanın parakamandan oxatma millisi Zaqatalada təlim-məşq toplanışına başlayıb.

"Report"un Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən məlumatına görə, hazırlıq prosesi Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunub.

Aprelin 22-dək davam edəcək toplanışa ümumilikdə 7 idmançı qatılıb.

Baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında təşkil olunan hazırlıqlara kişi paralimpiyaçılardan Əli Nəbiyev, Şahin Cabbarov, Məhəmmədəli Cabbarlı, Qalib Əliyev, İsmayıl Allahverdiyev və Nurlan Babacanov, qadınlardan isə Rəqsanə Hümbətzadə cəlb olunublar.

Избранный
4
6
far.az

7Источники