Türk geyim brendləri “Oxxo”, “Club”, “NetWork” və “Mudo” Rusiyada mağazalarını bağlayır.
Qaziler.az "Kommersant"a istinadla xəbər verir ki, Qərb pərakəndə satış şirkətləri geri çəkildikdən sonra onlar Rusiya bazarına daxil olublar.
Mağazalar türk iş adamı Hüsnü Özyeğinə məxsus “Fiba Retail Group”un bir hissəsi olan “Marka Rus” şirkəti tərəfindən idarə olunub. Keçən il şirkət 10 mağazanı bağlayıb, 20 mağaza isə qalıb. Bu mağazaların hamısının bu ilin sonuna qədər bağlanacağı qeyd olunub.
QAZİLER.AZ