Qananın "Berekum Chelsea" futbol klubunun hücumçusu Dominik Frimponq komandanın avtobusuna silahlı hücumdan sonra həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Berekum Chelsea-nin hücumçusu Dominik Frimponq komandanın ölkə çempionatında Samatex ilə (0:1) səfər matçından qayıdarkən hücuma məruz qalıb.
Bildirilib ki, silahlı insident zamanı 20 yaşlı futbolçu həyatını itirib. O, cari mövsümdə klubun heyətində 13 oyunda iştirak edib və 2 qol vurub.
Ghana Football Association hadisə ilə bağlı məlumat yayıb.
Ayxan
Milli.Az