RU

Bu gün Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.

Publika.az xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.

Избранный
14
34
publika.az

10Источники