RU

Çin orbitə 8 peyk çıxarıb

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Peyklər “Lijian-1” raketi ilə çıxarılıb

Çin “Lijian-1 Y12” daşıyıcı raketi ilə orbitə 8 peyk çıxarıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, raket Çinin şimal-qərbindəki Donfen özəl kosmik innovasiya pilot zonasından Pekin vaxtı ilə saat 12:03-də (Bakı vaxtı ilə 08:03) buraxılıb.

Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Bu buraxılış “Lijian-1” daşıyıcı raket seriyasının 12-ci uçuş missiyası olub.

Qeyd edək ki, “Lijian-1” daşıyıcı raket seriyası Çin Elmlər Akademiyası nəzdindəki Mexanika İnstitutunun təsis etdiyi “CAS Space” şirkəti tərəfindən hazırlanıb. Bu növ raketlər müxtəlif sayda mikropeykləri orbitə çıxarmaq üçün dizayn edilib. İndiyədək “Lijian-1” raketləri ilə orbitə 90-dan çox peyk göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
4
ayna.az

5Источники